Stomatoloqlar yeməkdən sonra 20 dəqiqə ərzində şəkərsiz saqqız çeynəməyi məsləhət görürlər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin fikrincə, saqqız çeynəmək daha çox tüpürcək istehsal etməyə kömək edir. Bu da yeməkdən sonra ağızda qalan turşulara və bakteriya tullantılarına qarşı ağızın təbii müdafiəsidir.

Odur ki, yeməklər arasında saqqız çeynəmək diş sağlamlığı üçün vacibdir. Saqqız həmçinin yalnız dişlərin çürüməsinin qarşısını almaqla yanaşı, ağız quruluğu və ağız qoxusunun da yaranmasının qarşısını alır. 

azemob.com